Hadisə

Azərbaycanda uşaq bağçası yandı - FOTO

4 Mart 2025 06:51
Baxış: 5 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.

Milli.Az-ın xəbərinə görə, hadisə gecə saatlarında rayonun Kücəkənd kənd körpələr evi-uşaq bağcasında baş verib.

Belə ki, ümumi sahəsi 320 kvadratmetr və 10 otaqdan ibarət olan bağca tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar və Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülərək digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.