Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü ola bilməz.
Milli.Az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin "24News"a müsahibəsində bildirib.
"Rusiya tərəfi öz mövqeyini açıq şəkildə ifadə edib: ya Aİ, ya da Aİİ hər ikisində olmaq mümkün deyil. Və bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıq məsələsidir", - səfir vurğulayıb. /APA
Milli.Az