ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Konqres binasında jurnalistlərlə söhbətində bildirib.
"Prezident Trampın siyasəti çox aydındır: nüvə silahının yayılmasına dözə bilmərik, xüsusən də İranda. Bu, hazırki Amerika administrasiyasının siyasəti olacaq", - o deyib.
Qeyd edək ki, "Bloomberg" agentliyi mənbələrə istinadən Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığını yazıb. İddiaya görə, Tramp fevralın 12-də baş tutmuş telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinə bu istəyini çatdırıb.
Milli.Az