İdman

İspaniya nəhəngi 21 yaşlı ingilisi aparır - FOTO

5 Mart 2025 00:39
Baxış: 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kristal Pelas"ın 21 yaşlı yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Milli.Az xəbər verir ki, gənc oyunçu ilə "Real Madrid" maraqlanır. Mənbə "Real"ın baş skautu Yuni Kalafatın Adamın performansını çox bəyəndiyini və "Kral klubu"nun sözügedən futbolçunu diqqətdə saxladığını vurğulayıb.

Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Uorton 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı İngiltərənin əsas millisində 1 oyuna çıxmış yarımmüdafiəçinin transfer qiymətini 32 milyon avro ilə dəyərləndirir. Adamın klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. (Fanat.Az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.