Sabirabadda minik avtomobili maneəyə çırpılıb.
Milli.Az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Güdəcühür sakini 1987-ci il təvəllüdlü Rəhimov Rəşad Rafayıl oğlu hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan Sabirabad rayonunun Güdəcühür kənd sakini, 2007-ci il təvəllüdlü Baxışlı Sahib Sədulla oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az