Dünya

Qazaxıstan - Rusiya sərhədində zəncirvari qəza - 40-dan çox avtomobil toqquşdu - YENİLƏNİB - FOTOlar

3 Yanvar 2025 18:02
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​18:02

Qazaxıstanda 100-dək avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, hadisə Astana-Petropavlovsk magistralında qeydə alınıb.

Qəzanın nəticələrinin aradan qaldırılmasına 150 nəfərlik canlı qüvvə, eləcə də 68 ədəd xüsusi texnika cəlb edilib.

Hadisə nəticəsində aralarında 8 uşaq olmaqla, 71 nəfər təxliyə edilib, müxtəlif xəsarətlər alan 10 nəfər xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, qəzaya əlverişsiz hava şəraitində görmənin məhdudlaşması, sürət həddinə əməl edilməməsi səbəb olub.

-------
17:19

Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda zəncirvari qəza baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qəza zamanı 40-dan çox avtomobil toqquşub.

Hadisənin yolun buz tutması və güclü qar fırtınası səbəbindən baş verdiyi bildirilir.

Hazırda yol bağlıdır və nəqliyyatın nə vaxt bərpa olunacağı hələlik məlum deyil.

Həmçinin, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar daha iki respublika əhəmiyyətli magistral yol bağlanıb./"unikal"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.