Ölkə

Azərbaycanda tam orta təhsili bitirməyənlər ən çox hansı bölgələrdədir?

3 Yanvar 2025 17:10
Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 83,4 faiz olub.

Bu barədə Milli.Az Dövlət Statistika Komitəsinin "Dayanıqlı İnkişaf Məqsədləri" statistik icmalından məlumat əldə edib.

Bildirilir ki, oğlanlar üzrə bu göstərici 85,9 faiz, qızlar üzrə 80,6 faiz təşkil edib.

Regionlar üzrə ən aşağı göstərici Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda  tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 65,9 faiz təşkil edib. Bakı şəhərində bu göstərici 90.4 faiz, Naxçıvan Muxtar Respublikasında 77.8, Gəncə-Daşkəsən iqtisadi rayonunda 94.1, Qarabağ iqtisadi rayonunda 69.7 faizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.