Ölkə

Qaxda azyaşlını yük maşını vurub

3 Yanvar 2025 11:15
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda 8 yaşlı qızı yük maşını vurub.

Milli.Az xəbər verir ki, hadisə Qax şəhəri Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən şadlıq evinin yanında baş verib.

Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Azyaşlının şadlıq evində keçirilən toydan çıxarkən maşınla vurulduğu bildirilir./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.