Dünya

Putin Əsədin İrana getməsinə icazə vermədi

3 Yanvar 2025 20:12
Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvadan İrana uçmaq istəyib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Kremlevskaya tabakerka" Teleqram kanalı mənbələrinə istinadla məlumat yayıb.

"Lakin çox ciddi adamlar Vladimir Putinin tapşırığı ilə ona açıq şəkildə izah etdilər ki, bunu etməyə dəyməz. Elə bundan sonra Putin Əsədlə görüşməyib və 3 dəfə də onunla telefonla danışmaqdan imtina edib", - kanal bildirib.

Kanalın məlumatına görə, hazırda Əsədin harada olması bəlli deyil.

Qeyd edək ki, bir müddət öncə Moskvada Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edildiyi barədə məlumatlar yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.