İdman

Qadın azarkeşi qucaqlayan futbolçu yarım milyon cərimələndi

3 Yanvar 2025 19:00
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın "İstiqlal" klubunun müdafiəçisi Ramin Rezaeyan qadın azarkeşi qucaqladığı üçün külli miqdarda cərimələnib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, dekabrın 26-da keçirilən İran çempionatının 14-cü turunda "Şadormalu" ilə oyundan əvvəl azarkeşlərdən biri Tehran komandasının avtobusuna minərək futbolçunu qucaqlayıb.

Bu an kameralara düşüb və nəticədə İran Futbol Federasiyasının etika komitəsi Rezaeyanın hərəkətini qeyri-idman davranışı hesab edərək, ona 510 milyon rial (təxminən 12 min dollar) məbləğində cərimə kəsib.

Qeyd edək ki, İranda qohum olmayan kişi və qadınların ictimai yerlərdə hər hansı formada fiziki təmasda olması ciddi qanun pozuntusu hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.