Hadisə

100 min oğurlayıb xaricə istirahətə getdi - FOTO

3 Noyabr 2025 09:46
Baxış: 1 176
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qax rayonununda yerləşən iki evdən oğurluq edilib. Axşam saatlarında evlərə daxil olan naməlum şəxs 100 min manata yaxın pul və 25 min manat dəyərində qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum edilmiş 32 yaşlı Elçin Rəşidov saxlanılıb.

O, oğurladığı maddi vəsaitlə xarici ölkələrə istirahətə getdiyini, qızıl-zinət əşyalarını isə lombarda girov qoyaraq əvəzində pul götürdüyünü bildirib.

Araşdırmalarla E.Rəşidovun paytaxtın Binəqədi rayonunda da oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.