Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Azərbaycan" prospektində baş verib.
"Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub.
Nəticədə xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





