Sumqayıtda minik və yük maşınları toqquşub, xəsarət alanlar var

23 Dekabr 2025 17:14

Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin "Azərbaycan" prospektində baş verib.

"Ford" markalı yük avtomobili ilə BMW markalı minik avtomobili toqquşub.

Nəticədə xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az