Uzun müddətdir Antalyada müalicə alan məşhur sənətçi Ferdi Tayfur 79 yaşında Medical Park Xəstəxanasında dünyasını dəyişib.
Son günlərdə Tayfurun sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilsə də, sənətçi həyatını itirib.
Ferdi Tayfur, 15 dekabr tarixində Muğlanın Marmaris rayonundakı evində səhhətində yaranan problemlər səbəbindən əvvəlcə rayondakı özəl bir xəstəxanaya, daha sonra isə Muğlada yerləşən başqa bir özəl tibb müəssisəsinə aparılmışdı.
Bundan əvvəl Antalyada bir xəstəxanada keçirilən əməliyyat zamanı sənətçinin beyin damarına stent yerləşdirildiyi qeyd olunmuşdu.
Bir müddət dializ müalicəsi alan Ferdi Tayfura 2020-ci ildə oğlunun böyrəyi nəql edilmişdi.
Lalə Qüdrətova
Milli.Az