Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) İl-76 təyyarəsi Aktaudan Moskvaya uçub.
Milli.Az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Belə ki, o, təyyarə qəzasında yaralanan 9 rusiyalını müalicə üçün paytaxta aparacaq.
"Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının olduğu Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Aktau hava limanından havaya qalxıb. Təyyarədə biri uşaq da daxil olmaqla 9 nəfər var", - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzində açılmış 24 saatlıq qaynar xətt fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Nərmin
Milli.Az