Hadisə

Toy evində kütləvi dava

22 Dekabr 2024 08:53
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda dekabrın 20-si gecə saatlarında kütləvi dava olub. Rayonun Bağman kəndində keçirilən "ciyər axşamı"nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.

Bu zaman dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Döyülən Ə.Səlimovun sözlərinə görə, toy məclisindən çıxanda oğlunun vurulduğunu görüb: "Onlar içkili idilər. Yəqin özlərini göstərirdilər. Düşmənçiliyimiz də olmayıb. Burnumu sındırıblar, gözümün altını qaraldıblar. Oğlumun da burnuna yumruqla vurublar". /bakutv

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.