"Lukoil"də benzinə su qarışıb: Təsdiqləndi - Şirkətdən ilk açıqlama - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər sosial şəbəkələrdə avtomobillərin yanacaq çənlərində su yığılması ilə bağlı şikayətlər geniş müzakirə mövzusu olub. Sürücülər narazılıqlarını ifadə edərək, problemin həlli üçün təcili tədbirlər görülməsini tələb ediblər.
Yayılan videogörüntülərdə yanacağın "Lukoil" yanacaqdoldurma məntəqəsindən (YDM) alındığı bildirilib. Görüntülərdə yanacaq çənindən su çıxması aydın şəkildə müşahidə olunub. Bu isə avtomobillərin mühərriklərinə ciddi ziyan vura bilər.
Məsələ ilə bağlı "Lukoil-Azərbaycan" QSC-yə sorğu ünvanlanıb.
Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az-a açıqlamasında faktı təsdiqləyib.
O, qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub.
"Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik.
Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.
Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, "Şamaxinka" ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.
Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur", - deyə R.Ağayev vurğulayıb.
Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.
"YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. "Lukoil" elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.
Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.
İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir",- deyə R.Ağayev bildirib.
---------
21 dekabr
"Lukoil" yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddia irəli sürülüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib.
Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə "Şamaxinka"da yerləşən "Lukoil"dan yanacaq əvəzinə su vurublar:
"Sürücü 20.12.2024 tarixdə saat 21:05-21:30 radələrində şirkətimizə məxsus 99-XN-288 nömrəli "Hyundai Elantra" avtomobil ilə "Şamaxinka"da yerləşən "Lukoil"dan 20 manatlıq Aİ92 benzin vurub. 200 m getdikdən sonra maşın sönüb. Gətirmişik ustaya yanacaq çənindən benzin yerinə su çıxıb. Mənə 500 AZN ziyan dəyib və "Lukoil" deyir ki, biz çəndən analiz götürməliyik", - H.Novruzzadə qeyd edib.
Şikayətçi bildirib ki, bu 1 ay ərzində sözügedən şirkətin yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci hadisədir.
Qeyd edək ki, "Lukoil" yanacaqdoldurma məntəqələrindən bir-neçə dəfə də belə şikayətlər olub.
--------
11:33
"LukOyl Azərbaycan"a məxsus yanacaqdoldurma məntəqələrində benzinin tərkibinə su qatıldığı bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə avtotəmir məntəqəsində çəkilən video sosial şəbəkələrdə yayılıb.
Belə ki, avtomobil ustası eyni problemlə təmirə gətirilən iki avtomobilin çənindən çıxan benzinin tərkibinə su qatıldığını göstərib.
Avtomobil sürücüsü benzinin "LukOyl Azərbaycan"a məxsus olduğunu deyib.
Pravda.az məsələ ilə bağlı "LukOyl Azərbaycan"ın baş ofisi ilə əlaqə saxlayıb. Şirkətin mediaya məsul şəxsləri telefona cavab verməyiblər. Zənglərə cavab verən əməkdaş isə bildirib ki, növbəti həftə şirkətə müraciət ediləcək. /Pravda.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
XƏBƏR LENTİ
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi





