Dünya

Bu halda Rusiya ilə ABŞ arasında münasibətlər normallaşa bilər - Putin

22 Dekabr 2024 13:42
Baxış: 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arzu olunarsa, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşdırılması mümkündür, Rusiya belə bir istəyini heç vaxt itirməyib.

Milli.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" kanalına müsahibəsində bildirib.

O, Rusiyanın (ABŞ ilə-red) münasibətləri qurmağa hazır olduğunu söyləyib. Qeyd edib ki, münasibətlərin qurulması Rusiyanın maraqlarının zərərinə olmamalıdır.

Putin vurğulayıb ki, Qərb vəziyyəti gərginləşdirir, ona görə də Rusiya Federasiyası hər zaman istənilən çağırışa cavab verəcək.

Rusiya dövlət başçısı üçüncü dünya müharibəsinin gedib getməməsi sualına isə belə cavab verib: "Təhlükələr artır, amma heç kimi qorxutmağa ehtiyac yoxdur".

Miilli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.