Maraqlı

İki uşaq anası sinə kiçiltmə əməliyyatı zamanı öldü - FOTO

19 Dekabr 2024 14:50
Baxış: 2 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media fenomeni Neşe Özkan estetik əməliyyat zamanı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, sosial şəbəkə fenomeni və iki uşaq anası Neşe Özkan estetik əməliyyat zamanı həyatını itirib. 28 yaşlı Özkanın qarın gərmə və sinə kiçiltmə əməliyyatı əsnasında ürəyinin dayandığı bildirilir.

Fenomen bir vaxtlar iştirak etdiyi yarışma proqramı ilə tanınaraq sosial mediada geniş izləyici kütləsinə sahib olmuşdu. Trabzon əsilli olan Özkan 1996-cı ildə anadan olub və tibb sahəsi üzrə təhsil alıb. O, həmçinin yemək bişirmək və idmana olan həvəsi ilə də izləyiciləri tərəfindən sevilirdi.

Hadisədən öncəki son paylaşımlarından birində Bergenin mahnısını oxuyaraq duyğusal anlar yaşayan Neşe Özkanın bu halı diqqət çəkmişdi. Onun qəfil vəfatı sosial mediada böyük kədər doğurub.

Qeyd edək ki, bu gün Azərbaycanda da gənc qız estetik əməliyyatın qurbanı olub.

- həmçinin oxu
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş - FOTO

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.