Türkiyə

Türkiyədə helikopter xəstəxanaya çırpıldı - Ölənlər var - YENİLƏNİB VİDEO - FOTOlar

22 Dekabr 2024 12:16
Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
​12:16

Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopterinin qəzaya uğraması nəticəsində 2 pilot, 1 həkim və 1 personal həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca gedirmiş.

-------
11:51

Türkiyədə Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş sahəyə düşüb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları göndərilib.

Helikopterdə neçə nəfərin olduğu hələ məlum deyil. 

Hadisə yerində araşdırmalar davam etdirilir.

Xəbər yenilənəcək

Xəyal Abdullayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.