Havaların soyuq keçməsilə bağlı qrip infeksiyaları həddindən çox yayılıb. Xüsusən də uşaqları xəstə salan bu viruslardan uşaqları, eləcə də özümüzü necə qoruya bilərik?
Milli.Az xəbər verir ki, həkim-pediatr Şəbnəm Azadlı deyib ki, son dövrlər ən çox yayılan virus influnza, rotavirus, adenavirusdur.
O həmçinin qeyd edib ki, virusun əlamətləri yüngül keçir, amma bəzən 0-5 yaş aralığı uşaqlarda ağır bronxitlə, mədə- bağırsaq traktının pozulması ilə özünü göstərə bilir.
"Xüsusən də məktəblərdə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir",-deyə həkim- pediatr bildirib.
Qeyd edək ki, orqanizmi müxtəlif viruslara qarşı qorumağın başqa üsulu da qidalanmanın sağlam formada təşkil olunmasıdır.
Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az