-------
12:16
Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopterinin qəzaya uğraması nəticəsində 2 pilot, 1 həkim və 1 personal həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca gedirmiş.
-------
11:51
Türkiyədə Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğla Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş sahəyə düşüb.
Məlumata görə, hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis əməkdaşları göndərilib.
Helikopterdə neçə nəfərin olduğu hələ məlum deyil.
Hadisə yerində araşdırmalar davam etdirilir.
Xəbər yenilənəcək
Xəyal Abdullayev
Milli.Az