Hadisə

Göygöldə Türkiyə vətəndaşı öldü

21 Dekabr 2024 16:41
Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə 51 yaşlı Türkiyə vətəndaşı ürək tutmasından ölüb.

Milli.Az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyənin Aksaray şəhər sakini 1973-cü il təvəllüdlü A.Talay idarə etdiyi TIR-la hərəkətdə olan zaman özünü pis hiss edib. Sürücü yük maşınını yol kənarında saxlayıb və maşından endikdən bir neçə dəqiqə sonra yerə yıxılıb. Onun ürək tutmasından öldüyü deyilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.