İdman

Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"

21 Dekabr 2024 19:15
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juninyonun "Sevilya"ya keçidi "Qarabağ"a ciddi problem yaratsa da, Azərbaycan futbolunun güclənməsinə töhfə verəcək".

Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan millisinin və "Neftçi" klubunun sabiq futbolçusu Mahmud Qurbanov deyib.

"Azərbaycan klublarında çıxış etmiş hansısa bir futbolçunun "Top 5"likdə olan ölkələrin komandalarına keçidi futbolumuz üçün çox müsbət haldır. Juninyonun "Sevilya"ya keçidi ölkəmizdə oynayan futbolçular üçün əlavə stimul olacaq. "Yarasalar" İspaniyanın ən nəhəng və köklü klublarından biridir. Məhz Juninyonun bu kluba keçidi də artıq göstərir ki, Azərbaycan futbolu Avropa bazarına çıxıb. Düzdür, "Qarabağ" hazırda Avropa Liqasında çıxış etdiyi halda belə bir keyfiyyətli futbolçu ilə yolları ayırsa, komandanın işi çətinləşəcək. Amma bu, Azərbaycan çempionatına diqqətin artmasına səbəb olacaq. Bəzən hadisələrin mənfi tərəflərinə kökləndiyimiz üçün müsbət olanı görmürük. Amma bu keçid futbolumuzun keyfiyyətini artıracaq".

Qeyd edək ki, Juninyo qış transfer pəncərəsində "Sevilya"ya keçəcək. İspaniya klubu "Qarabağ"a hücumçu üçün 3+1 milyon avro ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.