Azyaşlı qızını döyən ata qayınatasını XƏSTƏXANALIQ edib, əmisi isə... – TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi Bakıda azyaşlı qız atası tərəfindən fiziki zorakılığıa məruz qalıb. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini 1983-cü il təvəllüdlü Elnur Əltəmas oğlu Məmmədov azyaşlı qızını döyüb. İddialara görə atanın qızına fiziki təzyiq göstərməsi anını hər gün qızları ilə birgə şiddət görmüş ana lentə alıb.
Bakıda azyaşlı qıza zorakılıq edən kişi saxlanıldı
Bakıda arvadına və qızına şiddət göstərən şəxsə cinayət işi AÇILDI - RƏSMİ - VİDEO
Məsələni ictimailəşdirən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə ailəsinə işgəncə verən şəxsin cəzalanması üçün hüquq-mühafizə orqanlarına səslənib.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə görüntülərlə bağlı məsələ nəzarətə götürülüb:
"Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
Kəmalə Ağazadə əlavə olaraq saytımıza bildirib ki, şiddət görən ailənin təhlükəsizliyi aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir:
"Fiziki təzyiqə məruz qalan qız, iki bacısı və ana atanın yanındadır. Çalışırıq ki, onlar mühafizə ordeni ilə təmin olunsun. Xəzər Rayon İcra Hakimiyyətindən də bildirilib ki, mühafizə ordeninin təmin olunması ilə bağlı iş aparılacaq. Amma əsas məsələ həm də Vəkillər Bürosundan ailəyə ödənişsiz vəkil ayrılmasıdır".
Kəmalə Ağazadə onu da əlavə edib ki, şiddət görən azyaşlının sığınacağa yerləşdirilməsi nəzərdə tutulmur:
"Onların evləri var və qız da bildirir ki, atasının yanında qalacaq. Qardaşı da yanındadır. Sadəcə ana özünün və qızlarının həyatının rahat keçməsi üçün təhlükəsizlik qaydalarına uyğun mühafizə ordeni ilə təmin olunmasını istəyir".
Bizim.Media məsələ ilə bağlı digər təfərrüatları da əldə edib. Məlum olub ki, azyaşlı qızını döyən Elnur Məmmədovun əmisi öz yoldaşını 20 il öncə küçənin ortasında amansızcasına qətlə yetirib. Qətli törədənin psixoloji problemləri olduğu üçün bir müddət Psixiatriya Xəstəxanalarından birində müalicə olunub çıxdığı və daha sonra öldüyü iddia olunur.
Hətta Elnur Məmmədovun bir neçə gün əvvəl qardaşları ilə birgə öz qayınatası Böyükağa Əzizağa oğlu Əliyevi döyüb xəstəxanalıq etdiyi, döyülən şəxsin isə hazırda reanimasiyada müalicə aldığı da deyilir.
İddialarla bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





