Bakıda arvadına və qızına şiddət göstərən şəxsə cinayət işi AÇILDI - RƏSMİ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi (DİN) kişinin arvadına və qızlarına şiddət göstərməsi barədə daha bir açıqlama verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülər araşdırılıb:
"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".
-------
"Kişi arvadına və qızlarına şiddət göstərir".
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, görüntülər bir müddət əvvəl çəkilib:
"Şiddət görən ana digər övladlarını qorumaq üçün bu görüntüləri çəkib. Qadın və üç qızı atasının evinə getsələr də, onların həyatları təhlükə altındadır. Qadının bir istəyi var ki, boşansın və qanun çərçivəsində aliment təyin edilsin".
K.Ağazadə əlavə edib ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürməlidirlər:
"Qadınların, uşaqların müdafiəsində koordinasiya olmasa, daha ağır hadisələrlə qarşılaşacağıq. Artıq Daxili İşlər Nazirliyi təhqiqata başlayıb. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti qadına mühafizə orderinin verilməsində dəstək olmalıdır. Vəkillər Kollegiyasından xahiş edirəm ki, ödənişsiz vəkillə təmin edilməsində kömək olsunlar.
Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailəni nəzarətə götürməlidir. Əmək və Əhalinin Sosial Nazirliyinin Sosial Xidmətlər Agentliyi xidmət paketlərini ailəyə təqdim etməlidir. Bu ailədə 15 yaşında qız var. Bu il 9-cu sinfi bitirəcək. Təhsilini davam etdirmək istəsə də, atası ərə vermək niyyətindədir".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görüntülərdən məlumatlıdırlar:
"Məsələ nəzarətə götürülüb. Ötən həftənin cümə günü bu barədə daxil olan məlumat üzrə araşdırma başlayıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq zəruri olan tədbirlərin görülməsi təmin olunacaq. Əlavə məlumat veriləcək".
Ailəsinə şiddət göstərən kişi saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





