Hadisə

Maşın ağaca çırpıldı, yaralılar var

11 Fevral 2024 11:52
Baxış: 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğuzda qəza baş verib, 2 nəfər xəsarət alıb.

Milli.Az-ın məlumatına görə, hadisə Oğuz-Şəki-Yevlax avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəkinin Qayabaşı kənd sakini, 1973-cü il təvəllüdlü Əzizov Elşən Ələfsər oğlu idarə etdiyi "VAZ-2109" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarındakı ağaca çırpılıb. 

Nəticədə sərnişinlər, 1994-cü il təvəllüdlü Əzizov Eyvaz Fərman oğlu və 1994-cü il Orucov Vəli Bakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.