Hadisə

Gədəbəydə AĞIR QƏZA: Xəsarət alanlar var

10 Noyabr 2023 23:04
Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gədəbəy şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, "VAZ" markalı avtomobilin maneə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıb.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı avtomobildə 5 nəfər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.