Cəmiyyət

Bakının 2 rayonunda qaz kəsiləcək

28 Aprel 2026 01:23
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.