Hadisə

8 yaşlı qız faciəvi şəkildə öldü

10 Noyabr 2023 17:51
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb.

Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.