Hadisə

Ağcabədidə DƏHŞƏTLİ QƏZA: "Lada Priora" iki yerə bölündü - Ölən var - FOTO

30 Sentyabr 2023 21:08
Baxış: 2 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcəbədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 32-BE-883 Dövlət qeydiyyat nişanlı "LADA PRİORA" markalı minik avtomobili digər minik avtomobili toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər Şəmkir rayon Seyfəli kənd sakini 1996-cı il təvəllüdlü Hüseynov Orxan Salman oğlu həyatını itirib. Şəmkir rayon Seyfəli kənd sakini 1983-cü il təvəllüdlü Məmmədov Emin Raquf oğlu və əlavə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.