Hadisə

Qurani-Kərimə NÖVBƏTİ HÖRMƏTSİZLİK - Bu dəfə Türkiyə səfirliyi qarşısında

19 Avqust 2023 07:22
Baxış: 2 137

Niderlandın islamafob "Pegida" hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

O, yaxınlıqda toplaşan müsəlmanların etirazlarına baxmayaraq Qurani-Kərimdən bir neçə vərəq qoparıb.

Aksiya yerinin yaxınlığında toplaşan yüzə yaxın müsəlman Edvin Vaqensveldın hərəkətini pisləyib. Daha sonra nümayişçilərlə polis arasında toqquşma baş verib, lakin xüsusi təyinatlılar vəziyyəti tez bir zamanda nəzarətə götürüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics