Hadisə

Xəstəyə səhv qan köçürüldü, görün nə oldu?

15 Avqust 2023 20:05
Baxış: 1 864
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməliyyat zamanı xəstəyə səhv qan köçürülüb və qadının ürəyi dayanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki,hadisə Türkiyədə baş verib. Nevşehir Dövlət Xəstəxanasında sınıq ayağından əməliyyat olunan 75 yaşlı Əmine Ə. daha sonra palataya aparılıb. İddialara görə, əməliyyatdan sonra ona tibb işçiləri tərəfindən başqa xəstə üçün gətirilən qan köçürülüb. Qanköçürmə zamanı ürəyi dayanan qadın reanimasiyaya köçürülüb və müalicəsi davam etdirilir.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.