Hadisə

Ağır yol qəzasında 6 nəfər öldü

14 Avqust 2023 00:30
Baxış: 1 535
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Meksikada avtobusun aşması nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ölkənin mərkəzindəki Mexiko və İdalqo ştatlarını ayıran ərazidə baş verib.

Bildirilib ki, ölənlər arasında həddi-büluğa çatmamış şəxs də var. Zərərçəkmişlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlardan 6-sı ağır durumdadır.

Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, olaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.