Hadisə

Bakıda motosikletçi qız faciəvi şəkildə öldü

1 May 2023 09:57
Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda motosikletçi qız yol qəzası nəticəsində vəfat edib.

Milli.Az xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Həsənova Eliza Oruc qızının idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb. Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. 2 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilən qız xəstəxanada vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.