Hadisə

Bakıda mağazada kütləvi zəhərlənmə olub

18 Mart 2023 09:48
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda mağazada kütləvi zəhərlənmə qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada işləyən - 1997-ci il təvəllüdlü Zamanlı Arzu Bəbir qızı, 2000-ci il təvəllüdlü Quliyeva Rəşidə Yusif qızı, 1996-cı il təvəllüdlü Rəhimli Lalə Hüseyn qızı, 2000-ci il təvəllüdlü Kərimli Aydan Xalıq qızı iş vaxtı qəbul etdikləri qidadan zəhərlənərək 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.