Hadisə

Bakının mərkəzində güclü yanğın olub - VİDEO - FOTO

29 İyun 2022 07:14
0 Şərh     Baxış: 5 390

07:14

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumata yayılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Qış parkı"nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

01:25

Bakının Nəsimi rayonunda açıq sahədə yerləşən dayanacaqda yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mirzağa Əliyev və Rəsul Rza küçəsinin kəsişməsində baş verib.

Hadisə şahidlərinin veridiyi məlumata görə yanğından əvvəl bir neçə dəfə partlayış səsi eşidilib.

Nəticədə yaxınlıqda açıq sahədə park halında olan "Mercedes" və "Nissan" markalı avtomobillər yanaraq külə dönüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics