Abbasqulu bəy Şadlinskinin daha bir nəvəsi vəfat edib.
Azərbaycanın el qəhrəmanı, Abbasqulu ağa Şadlinskinin nəvəsi Razim İsfəndiyar oğlu Şadlinski 69 yaşında dünyasını dəyişib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, İmişli rayonunda dəfn edilib.
Qeyd edək ki, Abbasqulu bəyin digər nəvəsi Abbasqulu İsfəndiyar oğlu Şadlinski də keçən həftə dünyasını dəyişib. Razim Şadlinski də onun qardaşıdı.
Milli.Az