Hadisə

Azərbaycanda məktəbli qız iki dəfə evlənmiş kişiyə qoşulub qaçdı

19 Yanvar 2022 16:12
1 Şərh     Baxış: 4 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunda məktəbli qız qaçırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb. Qızın ailəsi hadisə ilə bağlı polisə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.