Hadisə

Azarkeş tribunada infarkt keçirdi, matç yarımçıq dayandırıldı - VİDEO

2 Dekabr 2021 16:00
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Uotford" - "Çelsi" matçında azarkeşlərdən biri infarkt keçirib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, buna görə qarşılaşma 12-ci dəqiqədə dayandırılıb.

Görüşü saxlayan referi futbolçuları paltardəyişmə otağına göndərib. "Çelsi"nin həkimləri dərhal tribunaya çıxaraq həmin azarkeşə ilkin tibbi yardım göstərib.

Onun vəziyyəti sabitləşdikdən sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Azarkeşin sağlıq durumu ilə bağlı dəqiq məlumat olmadan meydana çıxmaqdan imtina edən futbolçular yalnız sevindirici xəbəri aldıqdan sonra meydana dönüblər.

Onlar isinmə hərəkətlərini yerinə yetirdikdən sonra qarşılaşmanın hakimi oyunu qaldığı yerdən davam etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.