Hadisə

“AAAF park”da çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

5 Oktyabr 2025 10:31
Baxış: 459
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF park" yaşayış kompleksində çoxmərtəbəli binaların birində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının yaşayış binasının zirzəmisində elektrik lövhəsində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.