Texnologiya

Hakerlər “Apple” cihazlarının gizli sənədlərini oğurlayıblar

22 Aprel 2021 08:28
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"REvil" haker dəstəsi yeni "Apple" cihazlarının gizli çertyojlarını oğurladıqlarını bəyan edib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Kommersiya sirri olan məlumatlar şirkətin əsas tədarükçüsü olan "Quanta Computer"in serverlərinə hücum nəticəsində ələ keçirilib. Burada ABŞ nəhənginin hələ anosunu etmədiyi texniki yeniliklərlə bağlı maraqlı informasiyaların olduğu bildirilib.

Hakerlər ələ keçirdikləri sənədlərin onların mənbəyindəcə şifrələyib və şifrənin açarı müqabilində 50 milyon dollar tələb ediblər.

"Apple" hadisəni şərh etməyib. "Quanta Computer"dən isə məsələ ilə bağlı intensiv işin aparıldığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.