Texnologiya

Alimlər yeni yaşlanma mexanizmi kəşf ediblər

9 Yanvar 2021 16:12
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Tokio Universitetinin Tibb Elmləri İnstitutunun alimləri qan əmələ gətirən hüceyrələrin yenidən gənc olmasının qarşısını alan naməlum qan yaşlanma mexanizmi kəşf ediblər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədqiqatçılar 20 aylıq gəmiricilərdən köhnə hematopoetik kök hüceyrələri 8 həftəlik gənc siçanlara köçürüblər.

Bu zaman köhnə hüceyrələrdəki genlərin aktivliyini dəyişərək gənc hüceyrələrə bənzədiyi, lakin funksiyalarının bərpa edilmədiyi müəyyən edilib.

Bu, DNT metilasiyasının (yəni DNT-yə bağlı olan metil qruplarının sayının) dəyişməməsi ilə izah olunur. Başqa sözlə, hüceyrələr praktik olaraq cavanlaşmır.

Eyni zamanda, alimlər nəticələrin yaşla əlaqəli qan xəstəlikləri üçün yeni müalicələrin inkişafına kömək edəcəyinə ümid edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.