Texnologiya

iPhone 8-i nə vaxt və neçəyə ala biləcəyik? - FOTO

13 Sentyabr 2017 12:03
0 Şərh     Baxış: 3 253
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Apple şirkətinin yeni məhsulları təqdim edilib.

Milli.Az xəbər verir ki, ABŞ-ın "Apple" şirkəti çoxdan gözlənilən iPhone X və iPhone 8 modellərini təqdim edib. iPhone X modeli şirkətin 10 illik yubileyinə həsr olunub.

Yeni iPhone X modeli xarici görünüşü və xüsusi özəllikləri ilə diqqət çəkib. Smartfonda Home düyməsi yoxdur. Smartfonun ön paneli isə tamamilə ekranla əhatə olunub. 

iPhone X-də Touch ID barmaq izi skanı yoxdur. Bunun əvəzinə insan üzünün skanı texnologiyası olan Face ID-dən istifadəyə verilib.

Bəs bu məhsullar Bakıya nə vaxt gətiriləcək?

"iPhone 8" və "iPhone X" smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiymət hələ dəqiqləşməyib. 

"Irshad Electronics" şirkətindən Milli.Az-a verilən məlumata görə, təqdim olunan telefonların gələn ayın sonlarından Azərbaycana gətirilməsi planlaşdırılır. Qiymət isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, iPhone X 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya Amerikada 999$ qiymətinə satılacaq.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.