İnternet trafikinin çatdırılması üçün köhnəlmiş ADSL texnologiyalarından istifadə edildiyi nəzərə alınarsa, son zamanlar istifadəçilərin internetin keyfiyyətinin aşağı olması ilə bağlı şikayətləri tamamilə əsaslıdır. Bu barədə Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov bildirib.
Onun sözlərinə görə, ADSL ilə keyfiyyətli internet xidmətlərinin göstərilməsi texniki baxımdan mümkün deyil: "Provayder müştərilərə ADSL üzrə internetə normal girişin keyfiyyətini o zaman təmin edə bilər ki, ATS-də quraşdırılmış avadanlığın (DSLAM) tutumu 20-30 faiz yüklənsin, amma əgər yüklənmə 50 faiz və daha çox təşkil edəcəksə, onda keyfiyyət əhəmiyyətli dərəcədə azalacaq".
Genişzolaqlı internetin hər yerdə genişlənməsi haqqında danışarkən, Qurbanov hesab edir ki, optik rabitə xətlərini əsas götürmək və onların bazasında magistral xətləri və son istifadəçilərə qədər xətləri tikmək lazımdır: "Təəssüf ki, Azərbaycanda genişzolaqlı giriş dedikdə qabaqcıl ölkələrin əksəriyyətində praktiki olaraq tətbiq edilməyən köhnəlmiş ADSL texnologiyası nəzərdə tutulur. ADSL-lə internet şəbəkəsinə giriş optik kabelin çəkilişinin qeyri-mümkün olduğu müəyyən yaşayış məntəqələrində tətbiq edilə bilər".
AİC sədrinin fikrincə, optik girişə nisbətən ADSL texnologiyalarının daha çox inkişaf etməsində müəyyən qədər günah provayderlərin üzərinə düşür: "Söhbət internet xidmətlərinin optik infrastrukturunun inkişafına sərmayə qoymağa meyilli olmayan təchizatçılardan gedir. Bunun yerinə onlar Avropa ölkələrindən ADSL portlarının genişləndirilməsi üçün DSLAM istifadəsində olmuş köhnə avadanlıqları alırlar. Bu mənfi amil Azərbaycanın internet bazarından DialUp texnologiyalarının gedişinin uzun yolunu təkrarlaya bilər".
Onun sözlərinə görə, ən qəbuledilməz hal ondan ibarətdir ki, internetə son müştərinin təsadüfi hallarda qoşulması üçün nəzərdə tutulmuş ADSL-lə girişdən daha çox korporativ müştərilər istifadə edirlər.
Hazırda bir sıra həllər (məsələn, Fiber To The X (FTTx) mövcuddur ki, onların hesabına optik rabitə xəttindən istifadə etməklə yüksəksürətli internetə yüz min istifadəçi cəlb etmək olar. Bu texnologiya həcm bolluğu vəd edir və son istifadəçilər arasında bölüşdürməyin mümkün olduğu məlumatların ötürülməsinin sürəti onlarla meqabitlə hesablanır. Əgər xDSL-dan istifadə zamanı istifadəçi iki meqabitdən səkkiz meqabitə qədər (keyfiyyət telefon xəttinin vəziyyətindən, eləcə də ATS-ə qədər olan məsafədən asılıdır) alırsa, onda FTTx texnologiyasında bir portun minimal həcmi 10 meqabit təşkil edir.
Milli.Az
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnternetimizin keyfiyyəti niyə yoxdur?
8 Fevral 2015 09:52
0 Şərh
Baxış: 1 369

DİGƏR XƏBƏRLƏR
-
HUAWEI WATCH 5-YENİ NƏSİL SENSOR TEXNOLOGİYASI - X-TAP SENSORU – SAĞLAMLIQDA RƏQƏMSAL İNQİLAB
-
“WhatsApp”da yeni funksiya - iki variant olacaq
-
"ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bu problemləri həll edir
-
"Google" Android 16-nın buraxılış tarixini açıqladı
-
Bu iPhone modellərindən istifadə edənlərə pis xəbər
-
Restoranda hesab ödəmək kriptovalyuta ilə reallaşacaq
XƏBƏR LENTİ
-
Daha bir məşhur cütlük ayrıldı
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Zümrüd efirdə ağladı: “Qızım 10 ildir ki, atası ilə görüşmür” - VİDEO
-
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
-
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
-
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirildi - FOTO
-
"Fənərbağça" 2 məşhur futbolçu üçün hərəkətə keçdi
-
Tolik həbs olunacaq?
-
Benziadan “Qarabağ”a vida mesajı
-
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
-
“52 yaşlı xanımla görüşdüm” - VİDEO
-
Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar
-
"Qalatasaray" dünya ulduzunu transfer etdi
-
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb - FOTO
-
“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO
-
Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - yenilənib - VİDEO
-
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB
-
Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO
-
Hava ilə bağlı vəziyyət dəyişir - Kəskin soyuma başladı
-
Naibə Allahverdiyeva eks-ərinin o biri ailəsindən danışdı