Texnologiya

Google ofisini genişləndirdi

18 Dekabr 2014 22:03
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Artıq "Google Docs", "Sheets" və "Slides" veb-əlavələrində "ODF" standartı dəstəklənir. İndi istifadəçilər .odt (mətn sənədləri), .ods (elektron cədvəllər) və .odp (təqdimatlar) genişlənməsinə malik faylları aça, redaktə edə və saxlaya bilərlər. Faylları həm əlavələrdən, həm də "Google Drive" qovluğundan açmaq olar.

"Google" şirkətindən bildirilib ki, yenilik istifadəçilərin arzusu ilə əlaqədar reallaşdırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl "Google" veb ofisi aşağıdakı fayl tiplərini dəstəkləyib: .doc, docx, .docm .dot, .dotx, .dotm, .html, .txt, .rtf (sənədlər); .xls, xlsx, .xlsm, .xlt, .xltx, .xltm, .csv, .tsv, .txt, .tab (cədvəllər) və .ppt, .pptx, .pptm, .pps, .ppsx, .ppsm, .pot, .potx, .potm (təqdimatlar).

İndi "OpenOffice", "LibreOffice" və başqa paketlərin istifadəçiləri "Google" veb əlavələrinin köməyi ilə öz sənəd, elektron cədvəl və təqdimatlarını asanlıqla redaktə edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.