100 il süni ağlı öyrənəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az ICTnews-a istinadən bildirir ki, "One Hundred Year Study on Artificial Intelligence" (AI100) adlı layihənin ideyası "Microsoft" korporasiyasının "Microsoft Research" bölməsində idarəedici direktor vəzifəsini tutan və Stenford Universitetinin məzunu Erik Horvitsə məxsusdur.
Bundan əvvəl layihə müəllifi akademik cəmiyyəti süni intellektin perspektivlərinin müzakirəsi üçün bir araya gətirib və Süni İntellektin Yaxşılaşdırılması Assosiasiyasının keçmiş prezidenti kimi 2009-cu ildə konfrans təşkil edib.
Hazırda isə E. Horvits biomühəndislik və kompüter elmləri üzrə professor Rass Altman ilə birlikdə süni intellektin istehsalın avtomatlaşdırılması, milli təhlükəsizlik, psixologiya, etika, hüquqşünaslıq, informasiya mühafizəsi və digər sahələrə təsiri üzrə ayrı-ayrı tədqiqatların aparılmasını koordinasiya edəcək komitə yaradıb. Təşəbbüskarlara Stenford, Harvard və digər universitetlərin beş aparıcı professoru qoşulub və nəticədə komitə üzvlərinin sayı yeddi nəfərə çatıb.
Proqram məqaləsində E.Horvits "AI100" layihəsinin işə salınma səbəblərini izah edərək tədqiqatların istiqamətləri barədə söhbət açır. Onlar arasında texniki yeniliklər və mümkün gözlənilməzliklər, süni intellektdən istifadənin əsas üstünlükləri, "ağıllı" kompüter dövründə məxfilik məsələləri, demokratiya və azadlıq, süni intellektin hərbi əməliyyatlarda tətbiqi, süni intellektdən cinayətkarlar tərəfindən istifadə, neyrointerfeyslər və süni intellekt üzərində nəzarətin itirilməsi halında fəaliyyət strategiyası sadalanır.
"Biz süni intellektin insana və cəmiyyətə təsiri haqqında yüzillik müşahidə və təhlil layihəsini istifadəyə verməyə şadıq. Ümid edirik ki, belə uzunmüddətli layihə növbəti yüzillik və ondan sonrakı dövrlər üçün mühüm anlayış və tövsiyələri təmin edəcək", - E.Horvits bildirib.
"AI100" layihəsinin fəaliyyəti E.Horvits və digər sponsorların vəsaiti ilə maliyyələşdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR
-
“Ondan incidim, dedim ki, Yuri Qusman məni o boyda rollara çəkir, amma sən...”
-
Perez yenidən "Real Madrid"in prezidenti seçildi
-
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
-
General-polkovnik şəhid övladları ilə bir arada: Çövkən üzrə Dünya Çempionatı başladı - FOTO





