Texnologiya

Tizen sistemli ilk televizor göstərildi

4 İyun 2014 23:12
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cənubi Koreyanın Samsung sirkəti Tizen əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk genişformatlı televizorunu təqdim edib. Nümayiş olunan model prototipdir və hələlik satışa çıxarılmayıb. Samsung nümayəndələri Tizendən maksimum geniş istifadə edəcəklərini bildiriblər. Belə ki, şirkət sistemin smartfon, televizor, smart saat və məişət texnikasında tətbiqini planlaşdırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qeyri-rəsmi məlumatlara görə, televizor Samsung və Intel şirkətlərinin birgə səyi nəticəsində ərsəyə gəlib.

Təqdim edilən Samsung Tizen TV istifadəçinin əl hərəkətləri əsasında komandalar ala bilən uzaqdan idarəetmə sisteminə də malikdir. Qurğuda həmçinin tiplər - əlavə, musiqi, TV, foto, video və s. üzrə kontenti təşkil edən intellektual menyu yer alıb. Bundan başqa, Tizen TV-nin pultundan oyunların böyük ekranda nümayişi üçün istifadə etmək olar.

Həmçinin bildirilir ki, yeni televizor Samsungun digər qurğuları, o cümlədən smartfon və planşet kompüterlərlə əlaqəli işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.