Hadisə

İndi hər 3 azyaşlı dünyada yoxdur... - Yenilənib - FOTO

6 İyul 2025 10:55
Baxış: 2 751
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəmkirdə göldə boğulan 3 azyaşlı dəfn edilib.

Milli.Az xəbər verir ki, rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulan uşaqlar kənd qəbiristanlığında dəfn ediliblər.

Xatırladaq ki, bədbəxt hadisə zamanı ölən 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.

Məlumata görə, onlar 2021-ci il təvəllüdlü əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar. /"Qafqazinfo" 

----------------

2025.07.04

Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və əmisi oğulu, 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlu birlikdə suni göldə çimməyə gediblər.

Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.

Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldur.

Xatırladaq ki, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb və hər 3 uşağın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

-------
19:28

Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə meyti tapılanlar 2018-ci il təvəllüdlü R.Nadirli, 2016-cı il təvəllüdlü F. Nadirli və 2021 ci il İ.Nadirlidir.

--------
18:35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

--------
18.04

Şəmkir rayonunda 3 nəfər göldə batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.

Əraziyə FHN əməkdaşları cəlb olunub.

 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.