İqtisadiyyat

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

4 İyul 2025 23:21
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroda bu mümkün olmadı. Bu da xüsusilə avrozonadan idxala təsir etdi.

İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır. 

Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.

Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözegdən idxal məhsullarının qiyməti daha da arta bilər. 

Daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.